Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-11,
Seanews
Heyder Eliyev

"CMA CGM" qadın dənizçilərin sayını beş il ərzində 1 000-ə çatdırmağı hədəfləyir

Konteyner daşımaları şirkəti "CMA CGM" 2030-cu ilin sonuna qədər dənizdə çalışan qadınların sayını 1000 nəfərə çatdırmağı hədəfləyir.

"Seanews.az" xəbər verir ki, bununla bağlı qərar şirkətin yeni başladığı "She Sails" ("O, Yelken Açır") proqramının donanmadakı qadın dənizçilərin sayını iki dəfədən çox artırmasından sonra verilib.

2024-cü ilin dekabrında fəaliyyətə başlayan və "CMA CGM" gəmilərində qadınların sayını əhəmiyyətli dərəcədə artırmağı hədəfləyən proqramın ilk ili ərzində şirkət donanmadakı qadın dənizçilərin sayını 2024-cü ildəki 200 nəfərdən 2025-ci ilin sonuna qədər 403 nəfərə yüksəldərək 100%-dən çox artım əldə edib.

Layihə çərçivəsində tələbə-dənizçilərin (kadetlərin) işə qəbulunu gücləndirmək üçün Əbu Dabidə bir və Hindistanda iki olmaqla, ümumilikdə üç müqavilə imzalanıb, Filippin və İndoneziyada isə daha iki müqavilə hazırlanır.

Bu səylər həmçinin cari il ərzində 74 təyinatla nəticələnib ki, bunlardan 8-i gəmidə yüksək vəzifəyə, 48-i tələbə-dənizçidən kiçik zabit vəzifəsinə yüksəliş, biri isə gəmi işçisindən ixtisaslı gəmi işçisi vəzifəsinə ilk yüksəliş olub.

Qrupun əməliyyatlar və aktivlər üzrə icraçı vitse-prezidenti Christine Cabau Woehrel deyib: “Cəmi bir il ərzində proqramımız öz effektivliyini sübut etdi: nəticələr gözləntilərimizi üstələyir. Daha çox qadın əsas vəzifələrə yüksəlir, onların karyera yolları sürətlənir, özgüvənləri artır və komandalarımız həm müxtəliflik, həm də performans baxımından güclənir. Bu nailiyyətlər qürur mənbəyidir, lakin hər şeydən əvvəl bu bizim məsuliyyətimizdir: səylərimizi davam etdirmək, daha da irəli getmək və bərabər imkanları bütün komandalarımızda davamlı reallığa çevirmək.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır