Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-16,
Seanews
Heyder Eliyev

Məşhur “ölüm gəmisi” sökülmək üçün satılıb

Bir vaxtlar qalmaqallı hadisələrlə gündəmə gələn "Sage Sagittarius" adlı quru yük gəmisi sökülmək üçün satılıb.

"Seanews.az" xəbər verir ki, Yaponiyanın "Nippon Yusen Kaisha" şirkətinə məxsus 25 yaşlı gəmi hər ton metal üçün 430 ABŞ dolları qiymətlə Banqladeşdə alıcı tapıb.

Bu gəmi təxminən 10 il əvvəl Avstraliya mediasında “ölüm gəmisi” kimi tanınmışdı. Səbəb qısa müddət ərzində gəmidə üç heyət üzvünün müəmmalı şəkildə həyatını itirməsi olmuşdu.

2012-ci ildə 42 yaşlı baş aşpaz Kesar Llanto itkin düşüb və onun cəsədi heç vaxt tapılmayıb. Daha sonra 55 yaşlı baş mühəndis Hektor Kollado aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Üçüncü heyət üzvü, 37 yaşlı Kosaku Monji isə Yaponiyada baş verən iş qəzası zamanı həyatını itirib.

Hadisələrdən sonra gəminin kapitanı Venansio Salas heyət üzvlərinə qarşı zorakılıq, qanunsuz silah alveri və sübutları gizlətməyə cəhd kimi ittihamlarla gündəmə gəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır