Dənizçi övladları üçün bayram şənliyi keçirilib
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan ailələrin övladları üçün bayram şənliyi keçirilib.
“Səbinə” şadlıq sarayında təşkil olunan tədbirdə 130-dan çox uşaq və valideyn bir araya gəlib.
Şənlikdə uşaqlar üçün əyləncə proqramı təqdim edilib, musiqi nömrələri səsləndirilib, Şaxta baba, Qar qız və digər obrazlar balacalara hədiyyələr paylayıblar.
Tədbirdə çıxış edən “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəyli bildirib ki, bu cür sosial yönümlü tədbirlərin məqsədi xüsusi qayğıya ehtiyacı olan ailələrin övladlarına sevinc bəxş etməkdir. O qeyd edib ki, bu təşəbbüslər gələcəkdə də davam etdiriləcək.
Şənliyin sonunda təşkilati dəstək göstərənlərə və tədbirdə iştirak edən incəsənət nümayəndələrinə təşəkkür edilib.

