Danimarkada Orta əsrlərə aid ən böyük yük gəmisi aşkarlanıb
Danimarkada Orta əsrlərə aid indiyədək tapılmış ən böyük yük gəmisi aşkar edilib.
"Seanews.az" xəbər verir ki, tapıntı Eresun boğazı ərazisində dəniz səthindən təxminən 13 metr dərinlikdə üzə çıxarılıb.
Araşdırmalara əsasən, "Svælget 2" adı verilən gəmi təxminən 1410-cu ildə inşa olunub. Gəminin uzunluğu 28, eni 9 metr olub və 300 tona yaxın yük daşımaq imkanına malik olub.
Mütəxəssislərin fikrincə, bu tip gəmilər Orta əsrlərdə duz, ağac, kərpic və gündəlik ərzaq məhsullarının daşınmasında geniş istifadə edilib və dəniz ticarətinin inkişafında mühüm rol oynayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

