Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-06,
Seanews
Heyder Eliyev

Azərbaycanın mexanik sertifikatı əldə edən ilk xanım dənizçisi

2024-cü ildən “Prezident Heydər Əliyev” tankerində motorçu vəzifəsində çalışan İradə Astanova Dövlət Dəniz və Liman Agentliyinin keçirdiyi imtahanda 97 bal toplayaraq növbətçi mexanik ixtisası üzrə sertifikat əldə edib.

Beləliklə, o, Azərbaycan gəmiçiliyi tarixində mexanik ixtisası üzrə uğurlu nəticə əldə edərək, komandir heyətinə daxil olmaq hüququ qazanan ilk xanım kimi tarixə düşüb.

ADDA-nın “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının məzunu olan İradə Astanovanın bu nailiyyəti ümumilikdə gəmiçilik sahəsində gender bərabərliyinin təşviqi və xanımların əzminin bariz nümunəsidir.

Qeyd edək ki, hazırda ASCO gəmilərində biri kapitanın böyük köməkçisi, biri kapitanın III köməkçisi, ikisi isə motorçu olmaqla, dörd nəfər xanım işləyir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır