Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-21,
Seanews
Heyder Eliyev

158 il əvvəl batmış yelkənli gəminin qalıqları tapıldı

“Seanews.az” xəbər verir ki, bu həftə “National Museum of the Great Lakes” və “Cleveland Underwater Explorers” (CLUE) tərəfindən son tapıntı elan edilib. Bu, 1867-ci ildə inşa olunmuş, 38 metr uzunluğunda, üç dirəkli “Clough” adlı daşdaşıyan yelkənli gəminin qalıqlarıdır. Gəmi 15 sentyabr 1868-ci ildə batmışdı.

Muzeyin Arxeologiya və Tədqiqat direktoru Kerri Souden bildirib ki, kəşf Böyük Göllərin dənizçilik tarixində mühüm səhifə olmaqla yanaşı, CLUE-un qurucusu Devid VanZandtin irsinin davamıdır. VanZandt 2024-cü ildə “Clough” gəmisinin identifikasiyası zamanı dalğıc qəzasında həlak olub.

Bundan əlavə, ötən həftə Miçiqan gölündə, Viskonsin ştatının Rasin şəhəri yaxınlığında daha bir gəmi qalıqları tapılıb. 1872-ci ildə fırtına zamanı batmış “Lac La Belle” adlı lüks sərnişin buxar gəmisi təcrübəli axtarışçılar Pol Ehorn və Brüs Bittner tərəfindən aşkar edilib. Sübutların toplanması üçün dalğıclar Con Yanzen və Con Skols sualtı araşdırma aparıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır