Dövlət qurumları arasında keçirilən minifutbol turnirində dənizçilər növbəti qələbələrini qazanıblar
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən IV minifutbol turniri davam edir.
B qrupunda mübarizə aparan ASCO-nun futbolçuları XI tur çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin komandası ilə qarşılaşıb.
Gərgin və maraqlı keçən mübarizənin sonunda dənizçilərimiz üstünlüyü qoruyaraq 12-4 hesabı ilə inamlı qələbə qazanıblar.
Qeyd edək ki, dövlət qurumları arasında IV minifutbol turnirində 45 komanda çıxış edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

