Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-07,
Seanews
Heyder Eliyev

“Şövkət” filmi Azərbaycan Bəstəkarlar İttifaqında nümayiş etdirilib

ASCO-nun sifarişi ilə çəkilən Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr olunmuş “Şövkət” bədii filmi Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə filmin tarixi şəxsiyyətləri yeni nəsillərə tanıtmaq baxımından əhəmiyyətini vurğulayıb.

Quruluşçu rejissor Asif Rüstəmov və filmin bəstəkarı Tahir İbişov ekran əsərinin hazırlanma prosesi barədə məlumat veriblər. Qeyd olunub ki, film Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovanın dənizçilik tarixindəki rolunu əks etdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır