Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Ahıl şəxslər “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin benefisiarları ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.

Ziyarətin əsas məqsədi ahıl şəxslərin asudə vaxtlarının səmərəli təşkili, onların sosial fəallığının artırılması və ölkəmizin zəngin dənizçilik irsi ilə yaxından tanış olmaları üçün şərait yaratmaqdır.

Muzeylə tanışlıq zamanı qonaqlar Azərbaycan və dünya gəmiçilik tarixini, bu sahədə formalaşmış ənənələri əks etdirən ekspozisiya zallarını gəziblər. Muzeydə təqdim olunan tarixi eksponatlar, həmçinin zalların memarlıq xüsusiyyətləri və tətbiq edilən müasir texnoloji yanaşmalar ziyarətçilərin marağına səbəb olub.

Səfər çərçivəsində muzeyin bələdçiləri qonaqlara ölkəmizin dəniz nəqliyyatının keçdiyi tarixi yol, əldə olunan nailiyyətlər və dənizçi peşəsinin xüsusiyyətləri barədə ətraflı məlumat veriblər.

Ziyarətin sonunda ahıl şəxslər təşkil olunan ekskursiyaya görə təşəkkür ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır