Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Sürücü “Cybertruck” ilə su üzərində hərəkət etdiyinə görə həbs edilib

ABŞ-nin Texas ştatında “Cybertruck”la suya girən sürücü dəniz (su nəqliyyatı) təhlükəsizliyi qaydalarını pozmaq ittihamı ilə həbs edilib.

“Seanews.az” xəbər verir ki, maraqlı hadisə Qreypvayn gölündə baş verib. 70 yaşlı Cimmi Cek MakDaniel axşam saatlarında iki sərnişinlə birlikdə “Tesla Cybertruck”u suya salaraq “Wade Mode” funksiyasını sınaqdan keçirməyə çalışıb. Lakin avtomobil rampadan sonra su götürərək sıradan çıxıb və göldə yarı batmış vəziyyətdə qalıb.

Polisə görə, sürücü ərazinin bağlı hissəsinə daxil olmaq, xilasedici jiletsiz və yanğınsöndürən vasitəsiz hərəkət etmək, həmçinin qeydiyyatsız “su nəqliyyatı” idarə etmək ittihamları ilə saxlanılıb.

Xilasedici xidmətlər avtomobili göldən çıxarıb. MakDaniel əvvəllər də bu tip sınaqlar etdiyini, sadəcə, bu dəfə suyun dərinliyini düzgün qiymətləndirmədiyini deyib.

Qeyd edək ki, “Cybertruck” 32 düymədək (0,81 metr) dayaz sularda hərəkət üçün nəzərdə tutulsa da, istehsalçı “Tesla” suya girişin tam təhlükəsiz olmadığını və yaranan zərərin zəmanətə daxil edilmədiyini bildirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır