Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Pilotsuz tanker təyyarəsinin istehsalına icazə verilib

ABŞ Hərbi Dəniz Qüvvələri səkkiz illik hazırlıqdan sonra “Boeing” şirkətinə MQ-25A “Stingray” pilotsuz tanker təyyarəsinin istehsalına başlamaq üçün icazə verib.

“Seanews.az” xəbər verir ki, təxminən 200 milyon dollar dəyərində olan pilotsuz təyyarə aviadaşıyıcı göyərtəsindən havaya qalxaraq 15 min funtadək yanacaq daşıya və döyüş təyyarələrini havada yanacaqla təmin edə bilir. Bununla da F/A-18 “Super Hornet” qırıcılarının yanacaqdaşıma funksiyasından azad edilərək birbaşa döyüş tapşırıqlarına cəlb olunması nəzərdə tutulur.

Layihə ilk mərhələdə aşağı templə istehsala keçəcək və birinci il üç təyyarənin istehsalı planlaşdırılır. MQ-25A-nın aviadaşıyıcı üzərində ilk sınaqlarının 2026-cı ilin sonunda keçirilməsi gözlənilir.

Silahsız olsa da, uzun uçuş məsafəsi və aşağı görünürlük xüsusiyyətlərinə görə MQ-25A gələcəkdə zərbə missiyalarında da istifadə oluna bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır