ASCO əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) könüllü qanvermə aksiyası keçirilib.
Səhiyyə Nazirliyi Respublika Qan Bankının həkim-hemotoloqları əvvəlcə donor olmaq istəyən şəxslərin sağlamlığını yoxlayıb, sonra uyğun olanlardan qan götürüblər.
ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə bütün strukturlardan olan əməkdaşlar fəal iştirak ediblər.
Toplanan qan ehtiyatı talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

