Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Dünyanın üçüncü ən uzun çayında ən böyük gəmiçilik şlüzü tikiləcək  

Çin Yanszı çayı üzərində yeni iri su nəqliyyatı layihəsinin tikintisinə başlayıb. Layihə çərçivəsində Üç Dərə (Three Gorges) bəndi yaxınlığında dünyanın ən böyük daxili su yolu şlüzlərindən biri inşa ediləcək.

“Seanews.az” xəbər verir ki, 77,2 milyard yuan (11,3 milyard ABŞ dolları) dəyərində olan layihə beşpilləli, iki xəttli yeni şlüz kompleksinin tikintisini və mövcud gəmiçilik infrastrukturunun modernləşdirilməsini nəzərdə tutur.

Layihə başa çatdıqdan sonra Üç Dərə şlüzlərinin illik yükötürmə qabiliyyəti təxminən iki dəfə artaraq 336 milyon tona çatacaq. Hazırda mövcud şlüzlər layihə gücünü çoxdan aşaraq ildə 170 milyon tondan artıq yük qəbul edir. Mütəxəssislərin hesablamalarına görə, 2035-ci ildə bu marşrut üzrə yük axını 220 milyon tona, 2050-ci ildə isə 250 milyon tona yüksələcək.

Layihəyə balıqlar üçün xüsusi keçidlərin yaradılması və tikinti işlərinin su canlılarına təsirini minimuma endirən texnologiyaların tətbiqi də daxildir. Hətta nəsli kəsilmək təhlükəsində olan Çin nərəkimilərinin kürüləmə sahələrinin qorunması üçün ilkin layihəyə dəyişiklik edilib ki, bu da layihənin dəyərini əlavə 2 milyard yuan artırıb.

Çin Mühəndislik Akademiyasının akademiki Niu Sinçyan bildirib ki, yeni layihə gəmi ölçüləri, şlüz kameralarının həcmi və torpaq işlərinin miqyasına görə bir sıra dünya rekordları müəyyən edə bilər.

Yeni şlüz və ona aid giriş kanallarının tikintisinin 9 ildən çox davam edəcəyi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır