ASCO əməkdaşları avarçəkmə yarışında uğurlu nəticə göstəriblər
Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdmanı Növləri Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib.
Bulvar ərazisində təşkil olunan yarışda qadınlar və kişilər müxtəlif kateqoriyalar üzrə bacarıqlarını nümayiş etdiriblər.
Qarışıq cütlüklərdə mübarizə aparan ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar və İdman Klubunun əməkdaşları Mixail Protasov və Janna Məmmədova üçüncü yerdə qərarlaşıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

