Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Amerikalı araşdırma qrupu məşhur Yapon “həbs gəmisi”nin qalıqlarını aşkarlayıb

Dəniz arxeoloqları, dərin dəniz axtarış mütəxəssisləri və İkinci Dünya Müharibəsi tarixçilərindən ibarət komanda Sakit okean müharibəsi dövrünün məşhur Yapon hərbi əsir daşıyan gəmisinin qalıqlarını tapıb.

“Seanews.az” xəbər verir ki, söhbət “Hofuku Maru” adlı, təxminən 5 800 tonluq yük gəmisindən gedir. Gəmi həm Birinci Dünya Müharibəsində, həm də İkinci Dünya Müharibəsində hərbi əsir daşınması üçün istifadə olunub.

1944-cü ilin sentyabrında gəmi Manila yaxınlığından 1 300-dən çox Britaniya və Niderland əsiri ilə yola çıxıb. Lakin ABŞ Hərbi Dəniz Qüvvələrinin hava hücumu zamanı konvoyun bütün gəmiləri batırılıb və “Hofuku Maru” da torpedoya tuş gələrək məhv edilib. Gəmidəki 1 047 əsir həlak olub.

Gəmi 80 ildən çox müddət ərzində itkin hesab olunurdu. “Hellships Memorial Foundation” komandası arxiv araşdırmaları nəticəsində mümkün axtarış zonasını müəyyən edib və Filippinin Luzon adası yaxınlığında batığın yerini aşkarlayıb.

Sonar və dalış yoxlamaları gəminin ölçüləri və konstruksiyasının “Hofuku Maru” ilə uyğun gəldiyini, həmçinin ciddi torpeda zədəsi səbəbilə iki hissəyə ayrıldığını təsdiqləyib. Tapıntının hərbi qəbir kimi hörmətlə qorunduğu bildirilib.

Ekspedisiya sənədli film kimi çəkilib və 24 iyunda yayımlanacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır