Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Qərbi Avstraliyada 1,4 milyon dollarlıq bürünc gəmi pərləri oğurlanıb

Qərbi Avstraliyanın Dampier bölgəsi yaxınlığındakı saxlanc meydançasından ümumi dəyəri təxminən 1,4 milyon ABŞ dolları olan dörd ədəd yedək gəmisi pəri oğurlanıb.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Polisin məlumatına görə, yüksək möhkəmliyə malik bürünc-nikel ərintisindən hazırlanmış, hər biri təxminən iki ton ağırlığında olan pərlər 2025-ci ilin dekabrı ilə 2026-cı ilin may ayının sonu arasında naməlum vaxtda oğurlanıb. Onların daşınması üçün istifadə edilən saxlama konstruksiyaları da hadisə yerindən aparılıb.

İstintaq orqanları oğurluğun ağır texnikanın köməyi ilə törədildiyini ehtimal edir. 

Mütəxəssislərin fikrincə, oğurlanan pərlər metal qırıntısı kimi satılacaq. Çünki onların hazırlandığı bürünc-nikel ərintisinin tərkibində misin payı yüksəkdir və misə tələbatın artması fonunda Avstraliyada son illər əlvan metal oğurluqları çoxalıb.

Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır