Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

“Beş bacı” yelkənli gəmilərindən dördü 50 ildən sonra yarışıb

ABŞ-nin Massaçusets ştatındakı Keyp-Kod sahillərində məşhur “Beş bacı” təlim yelkənli gəmilərindən dördü Bostonda keçiriləcək yelkən festivalına yollanarkən tarixi yarış keçirib. Bu, son 50 ildə həmin gəmilərin ilk birgə yarışı olub.

“Seanews.az” xəbər verir ki, 60 dəniz mili məsafəni əhatə edən yarışda ABŞ Sahil Mühafizəsinin “USCGC Eagle”, Portuqaliya Hərbi Dəniz Qüvvələrinin “NRP Sagres”, Rumıniya Hərbi Dəniz Qüvvələrinin “NS Mircea” və Almaniya Hərbi Dəniz Qüvvələrinin “Gorch Fock” təlim gəmiləri iştirak edib.

25 düyündən çox külək şəraitində keçirilən yarışın qalibi “Gorch Fock” olub. Gəmi marşrutu 7 saat 27 dəqiqəyə başa vuraraq ikinci yeri tutan “USCGC Eagle” gəmisini 38 dəqiqə qabaqlayıb. Üçüncü yeri “NRP Sagres”, dördüncü yeri isə “NS Mircea” tutub.

1958-ci ildə istismara verilən “Gorch Fock” bu layihə üzrə inşa edilmiş ikinci eyniadlı gəmi hesab olunur. Birinci “Gorch Fock” İkinci Dünya müharibəsindən sonra müharibə təzminatı kimi Sovet İttifaqına verilmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır