Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

İkinci Dünya müharibəsinə aid tarixi sualtı qayıq təmirə göndərilib  

ABŞ Hərbi Dəniz Qüvvələrinin İkinci Dünya müharibəsindən qalan tarixi “USS Silversides” sualtı qayığı əsaslı təmir və konservasiya işləri üçün “Fincantieri Bay Shipbuilding” gəmiqayırma zavoduna gətirilib.

“Seanews.az” xəbər verir ki, 1941-ci ildə istismara verilən "Gato" sinifli dizel-elektrik hücum sualtı qayığı Sakit okean cəbhəsində 14 döyüş patrulu həyata keçirib, 23 Yaponiya gəmisini batırıb və müharibə dövründə xidmətlərinə görə 12 döyüş ulduzu və Prezident Bölmə Mükafatı ilə təltif olunub.

Muzey gəmisi kimi fəaliyyət göstərən “USS Silversides” son 50 ildə ilk dəfə quru doka çıxarılacaq. Təmir çərçivəsində gövdənin polad hissələri yenilənəcək, qumla təmizlənəcək və yenidən rənglənəcək. Layihənin ümumi dəyəri 3,5 milyon ABŞ dollarıdır. Burada məqsəd tarixi sualtı qayığın uzunmüddətli qorunmasını təmin etməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır