Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

nizçilər üçün interaktiv dünya xəritəsi istifadəyə ver

Beynəlxalq Dəniz Təşkilatı ( İMO) 25 iyun “Dənizçi Günü” ərəfəsində interaktiv dünya xəritəsi hazırlayıb.  Hazırlanan xəritədə dünyanın bütün dəniz və liman mərkəzləri yer alıb. Beynəlxalq Dəniz Təşkilatının baş katibi Kitak Lim  bildirib ki, sözügedən xəritə dənizçilər üçün ən yaxşı köməkçi vasitə olacaq. O, həmçinin qeyd edib ki, 25 iyun tarixində bir günlük açıq qapı elan olunacaq. Həmin gün dənizçilərə pulsuz wi-fi da  veriləcək. “Biz bilirik ki, dənizçilər dənizdə özlərini tək hiss edirlər. Sırf bu məqsədlə digər dəniz və liman mərkəzləri ilə əlaqə yaratmağı qərara aldıq. Əsas məqsədimiz əməkdaşları daha maraqlı və kreativ üsullarla dəstəkləməkdir” – o bildirib. Onu da deyək ki,  dünya dənizçilərinin peşə bayramı ilə bağlı xüsusi həştəq də müəyyənləşib. Həmin gün Twitter sosial şəbəkəsində #SeafarersMatter ( Dənizçilər əhəmiyyətlidir) həştəqindən istifadə etmək tövsiyə olunur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır