Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

ri-adi gəmilər-

Seanews.az  qeyri-adi formalara malik gəmiləri təqdim edir. Bu fotoda Yaponiyanın istismara 2014-cü ildə  verilən “Natori” konteynerdaşıyan gəmisi əks olunub. 540 konteyner götürmək imkanına malik olan gəminin “burnu” çox maraqlı formadadır. Konstruktorlar gəmiyə belə  forma verməklə yanacağa  5% qənaət etmək imkanı yaradıblar. Belə ki, qeyri-adi  dizayn gəminin hava ilə təmasını 30% azaldır ki,  bu da öz növbəsində mühərrikləri daha az gücə salır və nəticədə yanacağa qənaət olunur. Yaponiyanın 30-a yaxın limanına səfərlər edən “Natori” gəmisinin texniki parametrləri aşağıdakı kimidir: Uzunluğu – 136 metr Eni – 21 metr Suya oturumu – 4.8 metr Su tutumu – 6800 ton Digər qeyri-adi formaya malik gəmi də Yaponiyada inşa edilib. “Nissan” şirkətinin sifarişi əsasında Kyokuyo zavodunda inşa edilən “ City of Rotterdam” gəmisi minik avtomobillərinin daşınması üçün nəzərdə tutulub. Bu dizayn sayəsində gəmi 50% yanacağa qənaət edir. “ City of Rotterdam” gəmisinin texniki parametrləri: Su tutumu – 21143 ton Uzunluğu -140 metr Eni – 22.4 metr Suya oturumu – 6.5 metr Heyət– 24 nəfər Yükgötürmə qabiliyyəti – 2000 avtomobil  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır