Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

berqlər niyə batm

Aysberq dünya okeanında üzən nəhəng buz parçasıdır. Aysberqlər necə əmələ gəlir? Materiklərin qütbə yaxın yerlərində olan böyük buz parçaları buzlaqlardan qoparaq okeanda üzməyə başlayır. Məsələn, şimal aysberqləri Qrenlandiyanın buz örtüyündən qopur. Antarktidadan isə cənub aysberqləri. Cənub aysberqləri ölçülərinə görə şimal aysberqlərindən daha böyük olur. Aysberqlərin üzmə sürəti və ölçülərindən asılı olaraq onların su üzərində qalma müddəti müxtəlif ola bilər.  Ölçülərinə görə ən böyük aysberqlər -60 C dərəcədə  donub okeanda sərbəst üzənlərdir. Antarktidanın aysberqləri illərlə, hətta daha çox “yaşayır”. Qrenlandiya aysberqləri isə daha kiçik ölçülü olur və onların donma temperaturu – 30 C-yə çatır. Onların ömrü  daha qısadır və ərimə müddəti 2-3 il təşkil edir. Dünya okeanının əhəmiyyətli dərinliyində suyun temperaturu sıfırdan aşağı dərəcədə olur. Ancaq su orada donmur. Bu təzyiqlə izah olunur, hansını ki, suyun üst qatları yaradır. “Aysberqlər niyə batmır?”- sualına  ilk dəfə Mixail Lomonosov cavab verib. Aysberqin sıxlığı – 920 kq/m-dir. Dəniz suyu aysberqdən daha sıx olduğu üçün nəhəng buz dağlar suda batmır. Aysberqlərlə görüş açıq dənizdə gəmilər üçün olduqca təhlükəlidir. Əgər gəmi vaxtında  hərəkət edən aysberqi qeyd etməsə, onda toqquşmadan qaçmaq mümkün olmayacaq. Tarixdə buna misal kimi məşhur “Titanik” gəmisini göstərmək mümkündür. Rövşən Abdurəhmanlı


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır