Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

nizçi olmağın üstünlükləri nələr

Gəzmək, yeni yerlər görmək Dənizçi olmağın ən önəmli tərəflərindən biri gəzməkdir. Düzdür, limanı tərk etmək hər zaman mümkün olmur. Amma ortaya hansısa bir problem çıxmasa, getdiyiniz ölkəni gəzə bilərsiniz. Bu da alınmasa, liman ərazisində vaxt keçirmək şansınız mütləq olacaq. Bununla yanaşı, limanlarda görüşəcəyiniz işçilər, gəmi agenti və onlarla söhbətləşmək sizin dünyagörüşünüzü xeyli artıracaq. Tələbatlı peşə Dənizçiyə hər zaman tələbat var. Nə qədər ki dənizlər olacaq, o qədər də dənizçilik yaşayacaq. Əmin ola bilərsiniz ki, bəlli bir təcrübə topladıqdan sonra sizə dünyanın bir çox ölkəsində iş tapmaq çox asan olacaq. Yetər ki, işinizi mükəmməl biləsiniz.  Məsələn, bir müəllimin belə bir üstünlüyü yoxdur. Onun üçün xarici ölkədə iş tapmaq elə də asan məsələ deyil.  Düzdür, istisnalara rast gələ bilərik. Amma dənizçilərin bu məsələdə şansı daha yüksəkdir.  Maraqlı peşə Dost, tanış, qohum, sizi tanıyan və tanımayan hər insan dənizçi olduğunuzu eşitdiyində marağını gizlədə bilməyəcək. Sizi sual atəşinə tutacaq. Nə yeyirsiniz?, nə içirsiniz?, hara gedirsiniz?, hardan gəlirsiniz?, nə yükü daşıyırsınız?, dənizdə işləmək necədir?, qorxmursunuz?, darıxmırsınız? və s… Bir sözlə, hər zaman diqqət mərkəzində olacaqsınız. Dənizçisinizsə, buna alışmalısınız.. Ulduzlar, okeanlar, balıqlar, günəşin doğuşu və batması… Dənizdə olarkən maraqlı təbiət hadisələrinə şahidlik edəcəksiniz. Balinalar, uçan balıqlar, delfinlər, ulduzlar, hər gün günəşin doğuşu və batışı və daha nələr.. Rövşən Abdurəhmanov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır