Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

nizçiylə evlənməyin üstünlükləri – 8 MA

Bu yazıda sizə bir dənizçi ilə ailə qurmağın nə demək olduğunu izah etməyə çalışacağıq.  1 Sizin səhər saat 7-də oyanmağınıza gərək yoxdur. Çünki, dənizçi ilin böyük hissəsini evdə olmur. Buna görə işiniz bir qədər rahatdır. 2 Sizin yanınızda deyilsə, narahat olmayın. Əmin olun ki, sizi düşünür. Ürəyi yanınızdadır. Və indi o bəlkə də, sizə məktub yazır. Şeir də ola bilər… Kim bilir, bəlkə, roman yazır?! 3 Övladlarınızı təkbaşına böyüdə bilərsiniz. Amma onlara dənizçi atalarının sayəsində daha yaxşı bir gələcək bəxş edə bilərsiniz. 4 Dənizçilər otaqlarını özləri təmizləyər, yataqlarını özləri səliqəyə salar. Onlar son dərəcə nizamlıdırlar… 5 Dənizçilər bütün çətinliklərə hazırdılar. Onları heç nə qorxutmaz.  Dənizçinin  yanında olmaq  güvəndəsiniz deməkdir. 6 Dənizçi təcili tibbi yardımdan da üstündür. Çünki, o, dəfələrlə suların ortasında can qurtaran adamdır. 7  Nə zaman gələcək, nə zaman gedəcək kimi suallar sizi yora bilər. Amma, unutmayın, bütün ətrafınız sizi həmişə qısqanar. 8 Bəli, dənizçi həyat yoldaşı olmaq  məsuliyyətdir, çətindir, amma gözəldir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır