Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

niz mövzusunda 10 maraqlı k

Dənizin dərinliyi, sonsuzluğu və çətinliklərindən bəhs edən 10 nadir kitabı bir arada topladıq. “Mobi Dik” – Herman Melville Amerikalı yazıçı Hermal Melvillenin dünyaca məşhur romanıdır. “Mənə İsmayıl deyin” cümləsi ilə başlayan roman kapitan Ahab adlı qəhrəmanın Mobi Dik balinasıyla yaşadığı macəradan bəhs edir. Roman ilk dəfə 1851-ci ildə Londonda nəşr olunub. 20-ci əsrdə daha böyük şöhrət qazanıb. “Dənizin altında iyirmi min uzunluq” – Cules Verne Cules Vernenin ilk elmi fantastik romanıdır. Kitab kapitan Nemo və elm adamı Pierre Aronaksın dəniz səyahəti və macəralarından bəhs edir. “Qaranlığın ürəyi” – Cozef Konrad Vəzifəli olduğu şirkətin Belçika Konqosundakı şöbələrinə səfər edən Marlov, qaranlığın çökdüyü bu coğrafiyada gözləmədiyi dəhşətlərlə qarşılaşır. Marlov Kurtza doğru irəliləyərkən, mədəniyyətə və özünə olan güvəninin parçalandığını da fərq edir. Cozef Konradın “Qaranlığın ürəyi” adlı əsəri “mədəniyyət” anlayışının önəmini gözlər önünə sərir. Cozef Konradın XIX əsrin son illərində yazdığı “Qaranlığın ürəyi”, tarixin ən qanlı əsrlərindən birinə damğasını vuran döyüşlər, inkişaf edən texnologiyanın açdığı uçurumlar, müasirliyin alt-üst etdiyi cəmiyyətlər kimi mövzulara giriş xüsusiyyəti daşıyır. “Dənizin çağırışı” – Cek London San Fransiskoda yaşayan Coe dərslərini oxumayan, dostlarıyla küçə-küçə gəzən avaradır. Yaşamağı sıxıcı hesab edir, daha çox şey istəyir. Günlərini maraqlı və macəralarla keçirənlərə qibtə edir. Atasının tənqidlərindən təngə gələn Coe evdən qaçaraq dənizçi olmağa qərar verir. Ancaq dəniz quldurları ona çətin anlar yaşadır. Bir sözlə, Cek Londonun dənizə və dənizçiliyə dair möhtəşəm bir romanı. “Qoca və Dəniz” – Ernest Heminquey Heminquey yaradıcılığının zirvəsi hesab edilən “Qoca və Dəniz” povesti 1952-ci ildə oxuculara təqdim edildikdən bəri bütün nəsillərin ən sevilən kitablarından birinə çevrilib. Əsər nəhəng okeana kiçik qayığıyla ova çıxan tənha qocanın başına gələnlərdən bəhs edir. Hər dəfə uğursuz ov edən qoca, bu dəfə böyük bir balığı toruna sala bilir. Lakin bu da onun mübarizəsinin sonu olmur. İndi də ovladığı balığı köpək balıqlarından xilas etməlidir. Müəllif baş qəhrəmanı yaxından tanıdığı bir qoca kubalı balıqçının obrazı əsasında yaradıb. “Robinzon Kruzo” – Daniel Defo Daniel Defonun 1719-cu ildə yazdığı romanı. Əsərdə adam yaşamayan adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi təsvir edilir. Roman bir çox dilə, o cümlədən 1909-cu ildə Azərbaycan dilinə tərcümə edilib. Bəzi iddialara görə Daniel Defo Aleksandr Selkirk adlı bir şotland dənizçinin Robinzon Kruzo adasında 4 il 4 ay tək və tənha yaşamasından təsirlənmiş və daha sonra bu əsəri yazmışdır. “15 yaşında bir Kapitan” – Cules Verne Cules Vernenin 1878-ci ildə nəşr olunan romanı. Roman ata və anası olmayan Dik Sandinin həyatından bəhs edir. 8  “Dəniz canavarı” –  Cek London Amerikalı yazıçı Cek Londonun “Dəniz canavarı” adlı əsəri 39 fəsildən ibarətdir. Əsərin qəhrəmanları Humprey  və Larsendir. Buxarlı gəminin batması nəticəsində özünü dalğaların arasında tapan Humpreyin, soyuq su ilə həyat mübarizəsi aparması sonralar onu tamamilə başqa xarakterli birinə çevirəcək. 9 . “Amat” – İhsan Oktay Anar 17-ci əsrdə İstanbulda suya buraxılan Amat adlı bir gəmidə yaşananlar təsvir olunur. Kitabda bir çox köhnə dənizçilik terminlərindən istifadə edilib. “Dəniz küsdü” – Yaşar Kamal Romanda Yaşar Kamal İstanbulun insanları, ağacları, suları, balıqları, avtomobilləri, minarələri, quşları, məscidlərini təsvir edir. Əsas qəhrəmanlar balıqçı Səlim və Zeynal Çelikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır