Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

l balıq mövsümü başla

“Hansı ayın adında “r” hərfi varsa, o ayda balıq yemək olar” kimi bir deyim formalaşıb. Düzdür, bu ruslardan gələn bir fikirdir. “R” hərfi “rıba”ya işarədir. Ancaq peşəkar balıqçılar deyirlər ki, balığı ilin 12 ayında yemək olar. Sadəcə, “r” hərfi olmayan isti yay aylarında balığı təzə-təzə, tutan kimi yemək lazımdır… Amma bu bir reallıqdır ki, Azərbaycanda balıq mövsümü adətən sentyabrın sonlarından başlayır. Azərbaycan mətbəxində balıq önəmli bir yer tutur, məclislərdə, şadlıqlarda ən azı bir növ də olsa, balıq yeməyi süfrəyə qoyulur. Bəs, təzə və keyfiyyətli balığı necə tanımaq olar? Mütəxəssislər bunun bir neçə üsulu olduğunu bildirirlər. Məsələn, təzə balığın qulağı qırmızı, gözü isə şəffaf olmalıdır. Əgər balığın gözləri canlı, bayıra doğru çıxmış vəziyyətdədirsə, demək ki, təzədir. Balığın gözü ölü kimidirsə, demək ki, köhnədir.   Bundan başqa, balığın pulcuqları canlı və parlaq olmalıdır.  Pulcuğa toxunduğunuzda tökülməməlidir. Balığı əlinizlə qaldırdığınızda quyruğu əyilmədən dik şəkildə durursa, təzədir. Balıqdan dəniz qoxusu gəlirsə, təzədir. Balığın ətinə barmaqla basın və dərisi yenidən əvvəlki vəziyyətinə qayıda bilirsə, təzədir. Qeyd edək ki, balığı sentyabr ayından may ayınadək yemək  tövsiyə olunur. Balığın tərkibindəki zülal, D vitamini, fosfor və kalsium kimi maddələr insan orqanizmi üçün çox xeyirlidir. Hətta tez-tez balıq əti yeyən adamlarda iflic və ürək çatışmazlığı baş verməsi faizi olduqca aşağıdır. Balıq həmçinin sümüklərin əriməsini əngəlləyir. Zehni açır, hafizə itkisi, unutqanlığa qarşı təsirli olur. Bundan başqa, saçları və dərini qidalandırır. Göz sağlamlığı üçün isə faydası danılmazdır. Sağlamlığa çox mühüm fayda verdiyi üçün mütəxəssislər balığın həftədə ən azı 2 dəfə yeyilməsinə diqqət çəkir. Ümumilikdə isə hər bir orta yaşlı insan il ərzində ən azı 15-20 kiloqram balıqdan istifadə etməlidir. Ancaq balığın bu özəlliklərindən faydalanmaq üçün təzəliyindən bişirilmə üsuluna, yanında nələr yeyilməsinə qədər bir çox nəsnəyə də diqqət etmək lazımdır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır