Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

a dəniz rəngini dəyi

NASA alimləri bildirirlər ki, Qara dənizin rəngi dəyişir. «Aqua satellite» kosmik peykindən alınmış fotoşəkillərdən görünür ki, əvvəllər tutqun-göy rəngində olan dəniz fitoplanktonun kütləvi çoxalması nəticəsində indi firuzə rəngi alıb. Ən parlaq rəng çaları Rumıniya, Bolqarıstan və Ukrayna sahillərində qeydə alınıb.Mütəxəssislərin məlumatına görə, əvvəllər kosmosdan çəkilmiş şəkillərdə Qara dəniz tutqun-göy rəngində olub. Rəngin dəyişməsi fitoplanktonun kütləvi axınının nəticəsidir. Bundan başqa, iddia olunur ki, dənizin suyunda oksigenin miqdarı kəskin azala bilər. Bu da dəniz canlılarının kütləvi məhvi deməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır