Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

stik şüşələrdən hazırlanan cənnət ad

Riçard Sova bu cənnət adanı yaratmaq üçün tam səkkiz il çalışıb. “Seanews.az” xəbər verir ki, 150 min plastik şüşə hesabına inşa olunan ada hərəkət edir. Ən əsası, sahibi Riçard Sovaya və illər öncə facebookda tanış olduğu köhnə model Codi Bovlinə xüsusi zövq verir. “Üzən adada yaşamaq son 20 ildə xəyal etdiyim bir şeydir”, –  deyən Richadın  adası hava dolu plastik şüşə, taxta palet və qumdan ibarətdir. Ada 30 metrlik naqillə sahilə bağlıdır. Bu naqilin köməkliyi ilə ada öz  elektrik, su və internet ehtiyacını ödəyə bilir. Riçard Sova: “Öz-özünə hərəkət edən ada mənim üçün önəmlidir. Vegeterianam və adada yeyilə biləcək bir çox tərəvəz yetişdirirəm. Digər ərzaqları almaq üçün isə velosipeddən istifadə edirəm.” İki mərtəbəli evdə iki vanna otağı, bir mətbəx və simsiz internet var. Adanın ətrafını palma, müxtəlif meyvə ağacları və  otlar bəzəyir. Hazırladığı sənət əsərlərinin satışı və bəzən də onun adasını ziyarət etməyə gələnlərdən əldə etdiyi kiçik qazanclarla yaşayan Riçard və həyat yoldaşı Codi həyatlarından çox məmmundurlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır