Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

oleonun sürgün olunduğu adaya təyyarə səyahəti başla

Cənubi Afrikanın Yohannesburq (Johannesburg) şəhərindən qalxan təyyarə Namibiyanın Vindhok (Windhoek) şəhərində fasilə etməklə təxminən 6 saat 15 dəqiqəyə adaya çatır.  “SA Airlink” Hava Yollarının adaya gedən “Embraer E190-100 IGW” təyyarəsi 78 sərnişinlikdir. “Seanews.az” xəbər verir ki, həftədə bir dəfə olacaq Yohannesburq – St.Yelena uçuşunun qiyməti orta hesabla 800 funt-sterlinq, yəni 1060 dollardır. Xatırladaq ki, St.Helena Fransa imperatoru Napoleon Bonapartın sürgünə göndərildiyi adadır. 1815-ci il Vaterloo müharibəsini uduzduqdan sonra Napoleon buraya göndərilmiş və 1821-ci ildə 51 yaşında bu adada vəfat etmişdi. St.Yelena adasında İngiltərə tərəfindən maliyyələşən hava limanı təxminən 285 milyon funt-sterlinqə (380 milyon dollar) başa gəlib. Aeroportun məqsədi adada turizmi canlandırmaqdır. İngilis mətbuatı isə Yelena hava limanını “dünyanın ən lazımsız hava limanı” adlandırıb. Afrika qitəsinin qərbində yerləşən bu adada təxminən 4250 nəfər yaşayır. Vulkanik-tropik adanın sahəsi 122 kvadrat kilometrdir. Adanın xariclə yeganə əlaqəsi 3 həftədə bir gedən gəmi vasitəsilə idi. Bu gəmi yolu 6 gün davam edir. Yelena gəmisinin son səfəri 2018-ci ilin fevralında olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır