Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

niz və dəni

“Dəniz” qəzetinin baş redaktoru Rasif Tahirovun “Dəniz və dənizçi” şeirini təqdim edirik. *** Bir ömrü dənizə peşkəş etməyə Hər kəsin hünəri, cürəti çatmır, Dənizdən uzaqda sakit həyatsa Dənizci olanın qəlbinə yatmır. *** Nə dənizdən doyur, nə balasından, Özü öz evində qonağa dönür. Sahildə dənizi gəzən gözləri Dənizdə çox zaman bulağa dönür. *** Düşür səfərlər də tərslikdən sanki Dənizin dəlisov, dəli vaxtına, Amma bircə dəfə eşitməzsən ki, Dənizçi söyləsin qara bəxtinə. *** O özu bəyənir, o özü seçir, Onunçun bezdirmir bu həyat onu? Dənizə sevgisi, məhəbbətidir Tufandan salamat çıxaran onu. *** Bəlkə sevincindən belə dəlidir? Sığmır yatağına ilboyu Xəzər. Xəzər dənizlərin bəxtəvəridir- Qoynunda üzənin hərəsi bir nər. *** Heç nədən hirslənib çıxır özündən, Dağ boyda gəmini atıb-tutur hey. Dənizin üzrü də, görəsən nədən Bəzən günahından betər olur e…? *** Dənizçi sahilə düşəndə küsər, Baxar arxasınca, həsrətlə baxar. Gələndə sevincdən atılıb-düşər, Sanki nəmər almış uşaqdı Xəzər. *** Yer verməz qoynunda, əgər Xəzərin Gözü su içməsə bir dənizçidən. Anadan dənizçi doğulsun gərək- Gərək dənizçilik gəlsin içindən. *** Yuxusu biryolluq çəkilsin qeybə, Yuxu tökülməsin gözündən gərək. Səfərə çıxanda bir baxış ilə Oxusun dənizi üzündən gərək. *** Ömrünü-gününü ovlasa belə, Qoymaz dənizçinin qüruru sına. Limandan-limana qovlasa belə, Bağlanır hər dəfə bir az da ona. *** Çılğını, şıltağı, dəlisovu var, Amma söhbətində hər biri təmiz, Alnında zəhmətin tərini görsə, Verməz əziyyətin bada bir dəniz. ***


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır