Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

opada ilk sualtı restoran tikilə

Snøhetta” şirkəti Norveçdə Avropada ilk sualtı restoran inşa edəcək. “Under” adlanacaq restoranın Norveç sahilinin cənub hissəsində tikilməsi nəzərdə tutulur. Onun bir hissəsi quruda, digər hissəsi suyun 5 metr dərinliyində yerləşəcək. Restoran üçün xarakterik olan yüksək təzyiqə və çətin hava şəraitinə dözmək üçün bina 1 metr qalınlığında beton divarlardan və möhkəm akril pəncərələrdən ibarət olacaq. Restoran eyni vaxtda 100 qonaq qəbul edə biləcək. Məlumata görə, qonaqlar sahildə yerləşən qapıdan daxil olduqdan sonra bara keçərək birinci mərtəbədəki restorana enəcəklər. “Snøhetta” nümayəndələrinin sözlərinə görə, binanın sutka ərzində fəaliyyət göstərməsi üçün xüsusi istilik texnologiyası ilə təchiz olunacaq.  Restorandan gələcəkdə tədqiqat mərkəzi kimi istifadə də planlaşdırılır. Burda dəniz biologiyasını (məsələn, balıqların davranışını) tədqiq edən mütəxəssislər qrupu işləyə biləcək. “Under” restoranının inşasına 2018-ci ilin fevralında başlanacaq. Açılş isə 2019-cu ilin martına planlaşdırılır. İCTnews


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır