Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

rbaycanda suya qərq olmuş şəhər aşkarlanıb – V

Ləpələr Xəzər dənizinin sahilinə orta əsrlərə aid məişət əşyaları çıxarıb. Salyanda üzə çıxan  maddi-mədəniyyət nümunələri dənizə qərq olmuş orta əsr şəhərlərindən birinin qalıqlarıdır. 1969-cu ildə burada məşhur arxeoloq alim Viktor Kvaçidze ilk arxeoloji tədqiqatlar aparıb. Fasilələrlə 1987-ci ilə kimi aparılan araşdırmaların sonu böyük tarixi faktları ortaya çıxarıb. Məlum olub ki, bu nümunələr dənizin altında qalmış böyük şərhərin qalıqlarıdır. Tarixi nümunələr Bəndovan burnunda aşkar edildiyi üçün bu şəhərləri şərti olaraq I Bəndovan və II Bəndovan adlandırıblar. Alimlər II Bəndovanın Güştəsfi şəhəri olduğu qənaətindədirlər. Hətta burda ekspedisiyaya rəhbərlik edən Viktor Kvaçidze də bu fikirdə olub. Tarixçi alimlər I və II Bəndovan şəhərlərinin tarixinin IX-XIII əsrlərə deyil, daha qədimlərə gedib çıxdığı fikrindədirlər. O vaxtlar burada məskunlaşan əhali dulusçuluqla yanaşı, həm də kənd təsərrüfatı ilə də məşğul olub. Batmış iki şəhərin ərazisindən tapılan maddi mədəniyyət nümunələri tarix muzeyində və Şirvan Milli parkının ekoturizm mərkəzində qorunub saxlanılır. Mütəxəssislərin fikrincə, parkda ekoturizmi inkişaf etdirmək üçün çox böyük imkanlar var. Milli parkın əsrarəngiz flora-faunası ilə yanaşı zəngin tarixi abidələrini tanıtdırmaq üçün yeni layihələr hazırlanarsa, xarici turistəri bu əraziyə cəlb etmək mümkündür. xezerxeber.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır