Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

zər dənizçilər

“Dəniz” qəzetinin baş redaktoru Rasif Tahirovun “Xəzər dənizçilərinə” şeirini təqdim edirik.   Dar gəldi sahillər sizlərə bəlkə, Dənizə tutdunuz üzünüzü siz. Düşdükcə tufana, düşdükcə bərkə Dənizə qovuşdu dəniz eşqiniz. *** Dalğalar qoynunda hər səfəriniz Elə dəniz boyda fədakarlıqdır. Hər yoldan keçəni yaxın buraxmır, Üzünüz suların yanında ağdır. *** Üzün göy sularda, açın təzə iz, Əliniz ümiddən üzülməsin kaş. Özündən heç nədən çıxsa da dəniz, Əyir cəsurlara əvvəl-axır baş. *** Dalğalar hücuma keçər gəmiyə, Dalğalar dönərlər azman bir dağa. Sizi yolunuzdan saxlaya bilməz Nə tufan, nə boran, nə də qasırğa. *** Keçin sularından gündə birinin, Düşsün dənizlərin sizə havası. Bu Xəzər, bu Qara, bu da Ağ dəniz, Hələ neçəsi var… hələ harası. *** Dənizə çıxanda qəlbiniz coşdu, Saysız səfərlərdən yorulmadınız. Dənizin özünə necə də xoşdu, Dənizə beləcə vurulmağınız.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır