Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

gilis dilində oxunması asan olan 10 k

İngilis dilində oxumaq söz ehtiyatınızı artıracaq, dünyagörüşünüzü zənginləşdirəcək və fərqli ölkələr, fərqli mədəniyyətlərlə tanış edəcək. Bu,sizin dənizçi olaraq da işinizə yarayacaq.  Odur ki, dərhal yaxınlıqdakı kitabxanaya gedin, siyahıdakı kitabları əldə etməyə çalışın. Başlanğıc üçün qavranılması çox asan bir neçə kitabın siyahısı təqdim edirik.  1.Charlotte’s web 7-dən-77-yə hər kəsin anlaya biləcəyi maraqlı bir romandır. Ana dili ingilis dili olanların ən sevimli kitabıdır.  2. Mieko and fifth treausre O qədər də məşhur deyil, amma tövsiyə olunan kitablar siyahısındadır. Ən gözəl tərəfi  qısa olmasıdır. Cəmi 77 səhifə olan kitab olduqca asan oxunur.  Yaponiya və yapon mədəniyyəti haqqındadır. Sizə də maraqlı gələcək.  3. The outsiders Kitab gənclərin qarşılaşdığı problemlərdən bəhs edir. Cümlələr qısa və anlaşıqlıdır. 4.  The house on Mnago street “Mango küçəsindəki ev“ müəllifin düşüncələrindən ibarətdir. Çox az çətin söz var. Oxumağınız tövsiyə olunandır. 5. Thirteen reasons why Kitabda bütün cümlələr qısa və son dərəcə bəsitdir. Bir çox mükafatlar qazanıb. 6. Peter Pan Bu kitab uşaqlar üçündür, amma dünyanın hər yerində böyüklərin də bəyəndiyi kitablardan biridir.   7. The old man and the sea Bu kitab məşhur klassik əsərdir. Ən əsası  qısadır və bitirməkdə çətinlik çəknməyəcəksiniz. 8. The Giver “The Giver”  maraqlı formada başlayır və girişdən oxucunun diqqətini çəkir. Hekayədə bir qarışıqlıq yoxdur, aşılması çox asandır. Kitab uzundur, amma olduqca asan dili olduğu üçün tez bitirəcəksiniz.   9. Number the stars Real bir romandır. Yaşanmış bir hadisəyə dayanır. Dünya savaşları barədə  məlumatınız yoxdursa,bu kitab sizlik deyil. 10.A wrinkle in time Bu kitab qısa və uzun cümlələrin qarışığından ibarətdir.Öyrənilməsi vacib bir çox söz var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır