Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-08,
Seanews
Heyder Eliyev

niz Akademiyasında Həmrəylik günü və Yeni il qeyd ol

Azərbaycan Dövlət Dəniz Akademiyası və Müdafiə Nazirliyi Həzi Aslanov adına Mərkəzi zabitlər evinin birgə təşkilatçılığı ilə  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rektor Çingiz Əliyev Azərbaycan xalqının birliyinin simvolik nişanı olan bu bayramın tarixi əhəmiyyətini, Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan prezident  İlham Əliyev cənablarının bu istiqamətdə atdığı addımların həmrəyliyimizə yeni nəfəs verdiyini vurğulayıb. Rektor qarşıdan gələn bayramlar – xalqımızın milli və mənəvi birliyini təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı, o cümlədən bütün təhsil işçilərini təbrik edərək, hər birinə möhkəm can sağlığı, xoşbəxtlik və müstəqil Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətlərində yeni uğurlar arzulayıb. Daha sonra Müdafiə Nazirliyi Həzi Aslanov adına Mərkəzi zabitlər evinin mahnı və rəqs ansamblının rəhbəri, əməkdar incəsənət xadimi Zöhrab İmamquliyev çıxış edərək Azərbaycan ordusunun birliyi və döyüş əzmindən danışıb. Polkovnik-leytenant gələcək dənizçiləri vətənimiz Azərbaycan ətrafında sıx birləşməyə çağırıb, layiqli mütəxəssis kimi yetişməyin vacib olduğunu bildirib.  Tədbir rəngarəng vətənpərvərlik ruhunda konsert proqramı ilə davam edib. Tədbirin sonunda Ümumi işlər üzrə prorektor Ə.M.Quliyev Akademiya kollektivini təbrik edərək rektorun adından Həzi Aslanov adına Mərkəzi Zabitlər evinin kollektivinə Təşəkkürnamə təqdim edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır