Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

lən il “Titanik II” istismara verilə

“Titanik II” gəmisi ilk reysinə 2018-ci ildə çıxacaq. “Seanews.az”-ın məlumatına görə, bununla bağlı tikinti aparan şirkətin nümayəndəsi Kliv Palmer “The Belfast Telegraph” agentliyinə açıqlama verib. O bildirib ki, inşa prosesində müəyyən gecikmələr olsa da, gəmi planlaşdırıldığı tarixdə istismara veriləcək. “Titanik II” orijinalından fərqlənməyəcək.  Belə ki, əvvəlki “Titanik”də olduğu kimi burada da  türk hamamı və hovuz olacaq. Sərnişinlər 1-ci, 2-ci və 3-cü siniflərə bölünəcəklər. Ancaq “Titanik II” orijinalından 13 metrə daha uzun olacaq. Bundan başqa, gəminin marşrutunda da dəyişiklik edilib. “Titanik II” Sauthempton-Nyu York deyil, Çin-Dubay arasında işləyəcək. Xatırladaq ki, ilk “Titanik” gəmisi 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq sulara qərq olub. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas olsa da, 1 514 nəfər həyatını itirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır