Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-08,
Seanews
Heyder Eliyev

ilin məzunları Dəniz Akademiyasında olu

Q.Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin 1973-1977-ci illərdə təhsil almış 3-cü rotanın 534-cü qrupunun müdavimləri məktəbi bitirməklərinin 40 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Dəniz Akademiyasında təşkil olunmuş görüşdə iştirak ediblər.  Məzunlar Gəmi Energetik Qurğuları kafedrasının tədris elmi laboratoriyasında dizel generatorları, dizel mühərriklərinin tədqiqat sınaq qurğusu, yanacaq və yağ separatoları, hava kompressorları, dizel mühərriklərinin işə salınma sistemləri və digər köməkçi mexanizmlərlə, həmiçinin MR 3D trenajoru ilə tanış olublar.   Sonra Dəniz naviqasiyası fakültəsinə mənsub radarla müşahidə və təsvir, elektron xəritəçəkmə, dəniz astronomiyası və naviqasiya çəkilişi, multimedia öyrədici modul trenajorları, ixtisaslaşmış auditoriyalarla tanış olaraq çox məmnun qaldıqlarını bildiriblər. İnformasiya resurs mərkəzinin zəngin kitabxana fondu və ADDA-nın tarixi muzeyi ilə yaxından tanış olan qonaqlar xatirə kitabına ürək sözləri və xoş təəssüratlarını yazıblar. Akademiyada təhsil aldıqları müddətlə hazırkı dövrü müqayisə edən məzunlar  əldə edilən uğurların sevindirici olduğunu bildiriblər. Görüşü təşkil etdiyi üçün qonaqlar akademiya rəhbərliyi və kollektivinə dərin minnətdarlıqlarını bildiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır