Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

Ro nə

“Ro-Ro” gəmi tipidir. “Roll on” və “Roll off”-un ilk iki hərifinin qısaldılmasından yaranıb.  Bu tip gəmilərdən təkərli nəqliyyat vasitələrinin daşınmasında istifadə olunur. Bura TİR, avtomobil, traktor, tank və s kimi nəqliyyat növləri daxildir. “Ro-Ro” gəmiləri istifadəsinə görə çox rahatdır. Yüklənmə və boşaltma zamanı hər hansı avadanlıqdan istifadə olunmur. Texnikalar özü hərəkət edərək üfiqi vəziyyətdə asanlıqla gəmiyə daxil olur və çıxır. Digər tərəfdən, “Ro-Ro” gəmilərində yükdaşıma daha təhlükəsiz sayılır.  “Seanews.az” xəbər verir ki, “Ro-Ro” daşımalarında digər gəmi növləri ilə müqayisədə ciddi vaxt itkisi yaşanmır.  Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat Donanmasına məxsus iki Ro-Ro gəmisi var. Bunlar  “Bəstəkar Qara Qarayev” və  “Bəstəkar Fikrət Əmirov” gəmiləridir. Uzunluğu 125.25, eni 16.22 metr olan həmin gəmilərin yükgötürmə qabiliyyəti 3463 tondur. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 9-da Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Terminaldakı birinci körpünün illik yükaşırma qabiliyyəti 800 min ton, ikinci körpününkü isə 1 milyon tondur. Ro-Ro terminalı iki yanalma körpüsündən ibarətdir. Birinci körpünün uzunluğu 222 metr, ikinci körpünün uzunluğu isə 190 metrə yaxındır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır