Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

nizçilər üçün proqra

Dəniz “surpriz” ilə doludur. Fırtınası var, qəzası var və s… Belə məqamlarda adətən peşəkar davranmaq tələb olunur. Xoşagəlməz vəziyyətlərdən çıxış yolu üçün xüsusi hazırlanmış proqramlardan da istifadə edə bilərsiniz. 100% olmasa da, indi təqdim edəcəyimiz proqramlar işinizə yaraya bilər. WindGuru Bu proqram əsasən balıqçılar üçün nəzərdə tutulub. Proqram vasitəsilə dünyanın 3000 nöqtəsində mövcud olan hava durumu ilə bağlı məlumat almaq mümkündür. Küləyin istiqaməti, sürəti, yağış proqnozu, havanın hərarəti kimi informasiyalar burdada son dərəcə sadə yolla izah olunur. İstifadəsi olduqca rahatdır. Windguru ödənişsiz mobil tətbiqdir. Safe Skipper İlk yardım məsləhətləri ilə proqram sizə xeyli kömək edəcək. İzah üçün xüsusi şəkillərdən istifadə proqramın əhəmiyyətini daha da artırır.  Həm peşəkar, həm də həvəskar dənizçilər istifadə edə bilər.  Göyərtə yoxlaması, mühərrik nəzarəti, gəmini tərk etmə, ilk yardım, yaralılara müdaxilə, yanğınla mübarizə kimi müfəssəl məlumatların yer aldığı proqramla dəniz səfərləriniz daha təhlükəsiz olacaq. Navionics Boating Funkusional proqramdır. Dənizçiliklə bağlı bir çox məlumatların yer aldığı çox məşhur tətbiqdir. Proqramın köməkliyi ilə çəkdiyiniz foto və videonu da paylaşa bilərsiniz. Navionics Boating bir çox mükafata layiq görülüb. Ship Finder Ship Finder  gəmi təqib etmə proqramıdır. Ətrafınızda hansı gəmilərin hərəkət etməsini bilmək istəyirsinizsə, proqramı yükləməyiniz məsləhətdir. Bu, qəzaların qarşısını almaqda da köməyiniz olacaq.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır