Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

bəkistan portalı Azərbaycan və Rusiyanın birgə dəniz turları təşkil edəcəyindən ya

Daşkənddəki tnews.uz portalı rus dilində “Azərbaycan və Rusiya birgə dəniz turları təşkil edəcək” sərlövhəli məqalə dərc edib. Məqalədə bildirilir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “Moskva Çay Gəmiçiliyi” arasında Xəzər dənizində PV300VD layihəli “Pyotr Velikiy” adlı sərnişin gəmisini istismar etməklə, dəniz turlarının təşkili haqqında memorandum imzalanıb. Sənədi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri Rauf Vəliyev və “Moskva Çay Gəmiçiliyi”nin baş direktoru Konstantin Anisimov imzalayıblar. Qeyd olunur ki, imzalanma mərasimində Bakının böyük turizm imkanları haqqında söhbət açılıb. Bildirilib ki, bu layihə Azərbaycana daha çox turist cəlb etməyə imkan yaradacaq. Memoranduma əsasən, dəniz turları 2019-cu ilin sonunadək başlayacaq. Eyni zamanda, Moskva-Bakı (Daxili çaylarla Həştərxana, oradan isə Bakıya), Həştərxan-Mahaçqala-Bakı, Bakı-Ənzəli-Nouşəhr-Türkmənbaşı-Aktau-Həştərxan və digər marşrutlar üzrə turlar təşkil etmək də nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır