Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

8-ci ildə bizi nə gözləyir? – Pro

Artıq 2017-ci ilin yekunlaşmasına sayılı günlər qalıb. Qarşıdan 2018-ci il – İt ili gəlir. Astroloji baxımdan 2018 sarı İt ili hesab olunur. Bəs, bu ilin özəllikləri nədir? İt ili kimlərə nə vəd edir? “Qoroskop” qəzetinin baş redaktoru, tanınmış astroloq Səbuhi Rəhimli qarşıdan gələn Sarı it ili ilə bağlı gözləntilərini və proqnozunu bölüşüb. O bildirib ki, yeni astronomik il 2018-ci il fevral ayının 16-da (Bakı vaxtilə saat 01:05 dəqiqədə) start götürəcək. Ünsürü Torpaq, himayədar planeti Venera, aparıcı bürcləri Buğa, Tərəzi, aparıcı işarələri İt, Pələng, At, rəngi sarı, narıncı, mavi, göy, daş-qaşı sapfir, əqiq, zümrüd, mirvari, metalı bürünc, çiçəyi bənövşə, qızılgül, talismanı ürək və qızıl öküzdür. İt illərinin aktiv əraziləri isə adətən Rusiya, Avstriya, İsveçrə, İrlandiya, Polşa, Avstraliya, Qafqaz, Çin, Yaponiya, Tailand, İran, İraq və Əfqanıstan olur. Onun sözlərinə görə, İt ilinin mövcud olduğu bütün dövrlərdə qüvvələr nisbəti tarazlaşır, zəif tərəf olmur: “İki güclü əks qütbün qarşıdurması həmişə qorxuludur. Bəhs etdiyimiz illərdə qanunlar daha sağlam və sərt işlədiyindən qanundankənar fəaliyyət göstərənləri təhlükəli risk qarşısında qoyur.” Astroloq hesab edir ki, it ili həm də dünyada mövcud olan siyasi fikir ayrılıqlarını qaydasına salır, müharibələri dayandırır, insanlarda vəhdət və birlik yaradır, xalqları milli özünüdərkə aparır. Yerin ahəngi əsaslı şəkildə bərpa olunur, böyük və müsbət dəyişikliklərə yol açır.  Bu illərdə nigahlar artır, yeni hərbi münaqişələr olmur, texnologiyada yeniliklər baş verir. İt – qabiliyyətli, istedadlı insanları məşhurlaşdırır, yeni liderlər yetişdirir. Səbuhi Rəhimli deyib ki, İt ilinin aparıcı bürcləri buğa və tərəzilər olacaq.  İldən daha çiox mənfəət götürənlər Torpaq (Buğa, Qız və Oğlaq) və Hava (Əkizlər, Tərəzi, Sutökən) ünsürlüləri olacaq. Su və Od işarəli bürclər, həmçinin Əjdaha, Siçovul və Meymun illəri bir qədər çox çalışmalı, diqqətli olmalıdırlar. Astroloqun qənaətinə görə, İt illərində əsasən münaqişələrin dayandırılması, sülh müqavilələri, azadlıqların bərpası və birləşmələr baş verir: “Hər halda yola saldığımız ifrat gərginlik və müharibələr içində keçən, sövdələşmələri pozan, siyasi ədalətsizliyə dəstək verən Xoruz ilindən fərqli olaraq yeni il sakitliyin bərpasına çalışır. Yəqin elə bu səbəbdən orta əsrlərin çinli astroloqları qarşıda duran dövrü “Xoruzun dağıtdıqlarını İtlər yığışdıracaq”,- deyiblər.” Sonda Səbuhi Rəhimli tarixə baxanda bu illərdə heç bir böyük müharibənin başlamadığını əksinə, xeyli sayda müharibənin dayandırıldığını qeyd edib. Bildirib ki, it illərinə adətən məhəlli münaqişələr, inqilab və çevrilişlər daha xarakterikdir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır