Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

С+ ölkələri Vyana sövdələşməsinə sadiq olduqlarını təsdiq edib

Bütün OPEС+ ölkələri neft hasilatının azaldılmasına dair sazişə sadiq olduqlarını təsdiq ediblər. Bunu jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. “Sazişin bütün iştirakçıları onun yerinə yetirilməsinə sadiq olduqlarını təsdiq ediblər”, – deyə Novak Vyana sazişinin yerinə yetirilməsinin monitorinqi üzrə Nazirlər Komitəsinin görüşünün yekununda bildirib. OPEС və təşkilata daxil olmayan bir sıra ölkələr (OPEС+) 2016-cı ilin sonunda Vyanada ümumi neft hasilatlarını həmin ilin oktyabr ayının səviyyəsindən sutkada 1,8 milyon barel azaltmaq barədə razılıq əldə ediblər. 2017-ci ilin noyabrında saziş iştirakçıları onun müddətini 2018-ci il boyu uzadıblar. Müqavilənin həyata keçirilməsini izləmək və onun tənzimlənməsi üçün tövsiyələr hazırlamaq məqsədi ilə nazirlərin monitorinq komitəsi yaradılıb. Bura Səudiyyə Ərəbistanı, Venesuela, Küveyt, Əlcəzair, Oman və Rusiya nümayəndələri daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır