Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

nyanın ən böyük 12 konteyner daşıyan gəmisi –

12 Emma Maersk Hazırda dünyanın ən böyük konteyner daşıyan gəmilərindən biridir. 18 may 2006-cı ildən istifadəyə verilən bu gəminin uzunluğu 397.7 metrdir. “Emma Mærsk” 14 770 ədəd konteyner daşımaq imkanına malikdir. Gəmi Danimarka istehsalıdır. 11 CMA CGM Marco Polo «CMA CGM Marco Polo» gəmisi olduqca nəhəngdir. Ölçüləri 5 «Airbus 380» təyyarəsi və ya 4 futbol meydançası olan gəmi birdəfəyə 16 mindən artıq konteyner daşıya bilir. Bu gəmi «Queen Mary 2» kruiz gəmisindən 51 dəfə böyükdür. Cənubi Koreyadakı «Daewoo Shipbuilding Marine Engineering» korporasiyasının tərsanələrində inşa edilmiş gəmi nəhəng olsa da, yanacağı qənaətlə işlədir. Gəmi məşhur Venesiyalı tacir Marko Polonun adını daşıyır. 10 MSC New York  Bu konteyner gəmisi 2014-cü ildə tikilib. Hazırda Panama bayrağı altında üzür. “MSC NEW YORK” gəmisinin uzunluğu 399, eni isə 54 metrdir.17 min TEU-dən artıq konteyner daşıya bilir. 9 CMA CGM Benjamin Franklin Explorer sinifinə aid gəmi “CMA CGM” şirkəti tərəfindən inşa edilib. 2015-ci ilin noyabrında istismara verilən gəmi Birləşmiş Ştatların banilərindən biri Benjamin Franklinin şərəfinə adlandırılıb. “CMA CGM Benjamin Franklin” 18000 TEU  konteyner daşıya bilir. 8 Magleby Maersk  Bu gəmi Maersk şirkətinin sifarişi ilə «Daewoo Shipbuilding Marine Engineering»tərsanəsində tikilib. 18 270 TEU konteyner daşımaq gücünə malikdir. 7 Barzan (UASC) Barzan (UASC) ultra geniş konteyner gəmisidir. Birləşmiş Ərəb Əmirliyi Şirkəti üçün Cənubi Koreyada inşa edilib. 18.800 TEU konteyner daşıya bilir.  6 CSCL CSCL Globe “CSCL CSCL Globe” Çin Gəmiçilik Şirkətinə (CSCL)məxsusdur. Bu, CSCL şirkətinin Asiya-Avropa ticarət marşrutlarında istismar etdiyi beş gəmidən biridir. Yük həcmi 19 100 TEU təşkil edir. 5 MSC OSCAR Gəminin maksimal tutumu 19.224 konteynerdir. Üzən vasitənin uzunluğu 395.4 metr, eni  59 metrdir. Bu, təxminən dörd futbol meydançası deməkdir. 4 MSC Anna “MSC Anna” 185.503 ton ağırlığa malikdir. Liberiya bayrağı altında üzür.  Gəmi 2016-cı ildə HYUNDAİ şirkətinin tərsanəsində tikilib. Uzunluğu 399,98, eni 58,6 metrdir. 19 368 TEU konteyner daşıma qabiliyyəti var. 3 MOL Triumph “MOL Triumph”-nin  uzunluğu 400 metr, eni 58.8 metrdir. Keçən il  “The Aliance” servisi nəzdində ilk səfərini həyata keçirib. 20.000 TEU konteyner daşıya bilir. 2 Madrid Maersk Ümumi tutumu 20 min 568 konteyner olan “Madrid Maersk” gəmisi siyahının ikinci pilləsində qərarlaşıb. Üzən vasitənin uzunluğu 399 metr, eni isə 58.6 metrdir. 1 OOCL Hong Kong Siyahıda birinci yerdə  dünyada ilk 21 minlik konteynerdaşıyan gəmi “ OOCL Honq Kong” dur. Onun uzunluğu 399.9 metr , eni   58.8 metrdir. Tikintisi ötən il yekunlaşan gəmi Asiya-Avropa nəqliyyat marşrutunda istismar olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır