Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

maq üçün yaradılan gəmi – SƏ

Gəmilərdən adətən  yük və sərnişinlərin etibarlı  daşınması məqsədilə istifadə edilir. Lakin,  Amerika donanmasının 56 il əvvəl istehsal etdiyi “RV FLIP” gəmisi çox maraqlı  xüsusiyyətə malikdir. Bu gəmi elmi tədqiqatların aparılması məqsədiylə batır. Tərs Gəmi adı ilə də bilinən bu gəmi 1962-ci ildə “Amerika Donanma Ofisi” tərəfindən dəstəklənən və “Scripps” Dəniz Elmi İnstitutunun Laboratoriyası tərəfindən inşa edilən okean gəmisidir. 108 metr uzunluğundakı gəmi qismən batması və 90 dərəcə geriyə doğru meyl etməsi ilə normal gəmilərdən fərqlənir. Gəmi batırıldığında yalnız 17 metrlik arxa hissəsi suyun üzərində dayanır. Gəmi döndüyündə üzmə qabiliyyətinin çox hissəsi  dalğaların təsiri ilə deyil, okeanın  dərinliyindəki su axını hesabına təmin edilir. Gəmidən dalğa yüksəkliyini, akustik siqnalları, suyun istiliyini, sıxlığını yoxlamaq və meteoroloji məlumatlar toplamaq üçün istifadə olunur. Səslə əlaqədar cihazların problem yaratmaq riski olduğundan gəminin mühərriki və digər hərəkətverici qüvvələri ixtisar edilib. Bu səbəblə açıq dənizlərə römorkörler köməyi ilə aparılır və sonra açıq dənizdə sərbəst buraxılır. 711 ton ağırlığındakı gəmi 11 elm adamı və 5 nəfərlik gəmi ekipajına ev sahibliyi edir. Elm adamları açıq dənizdə həftələrcə elmi tədqiqatlar aparır. Gəmidəki kameralarda 2 qapı var və kameraların içindəki mebellər, yataqlar, mətbəx, hətta tualet belə 90 dərəcə istiqamət dəyişdirə bilir. Bunun nəticəsində gəmi su üzərində olan zaman və ya 90 dərəcə yan dönmüş vəziyyətdə dayandıqda insanlar həyatlarına normal davam edə bilirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır