Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

kənli İdman Federasiyasının komandası beynəlxalq yarışda Azərbaycanı təmsil

Azərbaycan Yelkənli İdman Federasiyanın (SFA) “Optimist” sinfi üzrə yığma komandası  05-11 mart tarixlərində Türkiyənin Bodrum şəhərində təşkil olunan 6-cı Bodrum Beynəlxalq Optimist Yarışında (BIOR) iştirak ediblər. Federasiyanın İdman üzrə koordinatoru Burcu Algon Giorgianninin rəhbərlik etdiyi 3 oğlan və 2 qızdan ibarət komanda heyəti, 5 gün davam edən mötəbər yarışda 600-ə yaxın idmançı ilə mübarizə ölkəmizi layiqincə təmsil etməyə nail olublar. 2017-ci ildən etibarən SFA-nın hər il Bodrum Beynəlxalq Optimist Yarışında iştirak etməsinin əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir. Qeyd edək ki, yelkənçilərimiz sözügedən yarışda 21 ölkəni təmsil edən 96 ayrı yelkən klublarının idmançıları ilə mübarizə apararaq yarışları uğurla başa vurublar. BIOR yarışında iştirak edən heyətin rəhbəri Burcu Algon Giorgianni,  “Optimist” sinfi üzrə baş məşqçisi Seyhun Yıldızdır. Komandaya Ayla Babayeva, Kristina Kərimova, İsmayıl Kərimov, Murad Allahverdi, Murad Hacızadə daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır