Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

inci Bermud Üçbucağı tapıl

Mütəxəssislər Cənubi Çin dənizində son illərdə baş verən qəzalar səbəbindən ikinci bir Bermud Üçbucağının yarana biləcəyi ehtimalını irəli sürüblər. Çinin Şanxay şəhərindən 300 kilometr məsafədə başlayan, Hind-Çin, İndoneziya, Malay yarımadası, Koreya və Yaponiyaya qədər uzanan Cənubi Çin dənizində 2007-ci ilin yanvarından 2016-cı ilin dekabrına qədər 1186 gəmi qəzası baş verib. Təkcə 2016-cı ildə sözügedən bölgədə 34 gəmi batıb. Bu da dünyada bir ildə baş verən 44 faiz gəmi qəzalarına səbəb olan Bermud Üçbucağının əkizinin yaranması ilə bağlı suallar ortaya çıxarır. Bölgədə son qəza 6 yanvar 2018-ci ildə Panamaya aid neft tankerinin Honk Konqa məxsus yük gəmisi ilə toqquşması nəticəsində baş verib. Hər iki gəmidəki 32 nəfər həyatını itirib. Mütəxəssislər qəzalara bölgədəki pis hava şəraitinin səbəb ola biləcəyini düşünür. Belə ki, ilin 300 günü saniyədə 13,8 metr sürətlə əsən sərt külək dənizdə 10 metr hündürlüyündə dalğalar yaradır. Çin ötən həftələrdə Yeni Bermud Üçbucağı olaraq adlandırılan bölgədə dəmiryolu xətti inşa etmək istədiyini açıqlamışdı. Körpünün inşasının 1 il ərzində bitməsi planlaşdırılır. Lakin mütəxəssislər yeni salınacaq körpünün bir hissəsini heç vaxt gedilməməsi lazım olan yer adlandırırlar. Bu da təsadüfi deyil. Çünki körpünün inşa ediləcəyi Pinqtan boğazında daim külək və pis hava şəraiti hökm sürür. Körpünün inşasında 300 min ton dəmir və 2 milyon 660 min ton sement istifadə olunacağı hesablanıb və bitdikdən sonra uzunluğunun 11 kilometr olacağı qeyd olunub. Bu qədər materialla Dubayda dünyanın ən hündür binası olan Bürc Xəlifədən 8 ədəd tikmək olar. Körpünün ikimərtəbəli olacağı bildirilib. Üst hissəsindən yük və nəqliyyat avtomobilləri, aşağı hissəsindən isə saat 200 kilometr sürətlə qatar keçəcək.  Qaynarinfo


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır