Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

MAN kim

Bosman gəmi gövdəsi üzrə işlərin rəhbəridir. O, aşağıdakılara texniki xidməti təmin edir: 1 Gövdəyə, göyərtələrə, üst tikililərə, yük və gəmi yerlərinə, ballast tanklarına və şirin su tanklarına, onların ölçü, hava və qəbul borularına, ranqouta, takelaj ləvazimatlarına, traplara, fırtına traplarına və gəminin kranes mühafizəsinə;  2 Texniki vəsaitləri ilə birlikdə sükan, yük, lövbər, yanalma və yedək qurğularına (bu vəsaitlərin mexaniki və elektrik hissələrindən başqa); 3 Xilasetmə vəsaitlərinə, yanğın əleyhinə, qəza-xilasetmə avadanlıqlarına, əmlak və avadanlıqlara və idarəsində olan digər texniki vəsaitlərə. Bundan başqa, bosman öz sahəsi üzrə dəyişək-ehtiyat hissələrini, maddi-texniki təchizatı və anbarları idarə edir. O, gəmi üzrə rəngsazlıq və takelaj işlərinin də rəhbəri sayılır. Göyərtədə gəmi yerlərində və heyət yeməkxanasında təmizlik və qaydanı təmin etmək də bosmanın vəzifələrindəndir.    BUNA DA BAX :  “Bosman necədirsə, gəmi də o cürdür” Bunlarla yanaşı,  gövdə hissəsinin gəminin yola düşməsinə və fırtınalı şəraitdə üzməyə hazırlığını, yüklərin, avadanlıqların və əmlakın səfər üçün bərkidilməsini də bosman təmin etməli, gəmi limana daxil olarkən və ondan çıxarkən, lövbər dayanacağı yerinə yaxınlaşarkən və yanalma əməliyyatları vaxtı lövbər qurğusunu əməliyyata hazırlamalıdır. Gəmiyə yeni gələn heyət üzvlərini idarə sahəsi üzrə cədvəllə, həyacan siqnalı cədvəlləri ilə, qəza və yanğınəleyhinə avadanlığın, əmlakın, kollektiv fərdi mühafizə vəsaitlərinin yerləşdikləri yerlərlə tanış etmək və onlardan istifadəni öyrətmək də bosmanın üzərinə düşür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır