Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Gəmi kapitanı kimdir?

Gəmi kapitanı gəmini idarə edən şəxsdir.

Gəminin səfərə çıxmasını və səfərdə təhlükəsizliyini təmin etmək onun başlıca vəzifəsidir. Bununla belə, gəmi kapitanına dəniz mühitini mühafizə etmək, gəmidə nizam-intizamı saxlamaq, habelə gəmiyə, gəmidə olan insanlara və yükə vurula biləcək zərərin qarşısının alınmasını təmin etmək üçün tədbirlərin görülməsi həvalə olunur.

Bir sözlə, gəmi kapitanı gəmidə olub-bitən hər şeyə cavabdehdir. O, bütün məqamlarda diqqətli olmalı, hər şeyi incəliklərinə qədər təqib etməlidir. Küləkli, fırtınalı havada üzəndə bütün heyətin nəzərləri gəmi kapitanına yönəlir. Belə hallarda, kapitan necə davranacaqsa, bütün heyət də özünü elə aparacaq.  Ona görə də, gəmi kapitanı özünə güvənməli, iradəli və qətiyyətli biri olmalıdır.

Bəli, gəmi kapitanı olmaq çoxlarının xəyalıdır. Kapitanlıq könül işidir.  Necə deyərlər, bu peşənin əsasında ürəkli olmaq dayanır. Əks halda, bütün cəhdlər uğursuz olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır