Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

midə baş mexanik kim

Baş mexanik gəminin texniki istismarına rəhbərlik edən şəxsdir. O, gəmidə təhlükəsizlik texnikası üzrə gəmi sahibi tərəfindən təyin edilmiş qayda, təlimat və əmrlərə riayət olunmasını təmin edir. Gəmiyə texniki xidmət və onun təmiri üzrə işləri də baş mexanik planlaşdırır. Bundan başqa, texniki istismar xidməti üzvlərinin əmək və normal istirahətini, onların iş və növbə vaxtı yerləşdirilməsini, onların iş vaxtlarının və əlavə istirahət günlərinin uçotunun aparılmasını təşkil edir. Bütün maşın şöbələrində yanğından mühafizə qaydalarına əməl olunmasının, tabeliyində olan heyət üzvlərinin gəminin davamlığı uğrunda mübarizəyə hazırlığını, kapitanın razılığı ilə gəminin və onun texniki vasitələrinin şəhadətnamə almaq üçün vaxtında registrə və başqa texniki nəzarət orqanlarına təqdimini təmin edir. Gəminin bütün hissələri üzrə təmir cədvəllərinin vaxtında tərtib edilməsinə, sahil müəssisələri, gəmi təmir briqadaları və gəmi mütəxəssisləri tərəfindən görülən işlərin keyfiyyətinə nəzarət edir. Eyni zamanda, baş mexanik gəminin qəza vasitələri, ləvazimat, material, dəyişək-ehtiyat hissələri ilə vaxtında təchizatını, yanacaq, sürtgü yağı və mexaniki qurğunun tələbatı üçün alınmış suyun düzgün saxlanması, məsrəfi və uçotunu təmin edir. Gəmi limana daxil olan və limandan çıxan zaman, yanalma əməliyyatları yerinə yetirilərkən mexaniki qurğunun idarəsinə şəxsən rəhbərlik edir. Körpücükdən verilən sərəncamların tez yerinə yetirilməsini, texniki tədrisin keçirilməsinin planlaşdırılmasını, maşın jurnalındakı gündəlik qeydlərin yoxlanılmasını və onun kapitana imzalamağa təqdim edilməsini, gəminin gövdəsi və texniki vasitələrinin texniki istismarı və texniki vəziyyəti üzrə gəmi sahibinə təmin edilmiş hesabat sənədlərinin aparılmasının təmin edir. Bununla belə, baş mexanik Donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri, əmrləri, qaydaları və sərəncamları, gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istehsal güclərini, texniki xüsusiyyətlərini, Gəminin inşası sahəsində, donanmanın texniki təchizatında, donanmanın texniki istismarında və gəmi təmirində qabaqcıl nailiyyətləri, iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməlidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır