Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

mərliklərin monitorinqinə başla

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərliklərin monitorinqinə başlayıb. Dövlət sanitariya orqanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər monitorinq idarəsinin əməkdaşları ilə birgə müvafiq sərəncama əsasən inzibati rayonların ərazisində fəaliyyət göstərən çimərliklərdə laborator tədqiqatlar aparacaq. İlk növbədə, yerlərdə kommunal şöbələrin həkimləri sahilyanı zolaqlarda sanitar-gigiyenik vəziyyəti öyrənəcəklər. Mərkəzin şöbə müdiri Ziyəddin Kazımovun dediyinə görə, Xəzər monitorinq idarəsinin nümayəndələri ilə dəniz suyundan götürülən nümunələrin laborator analizləri əsasında onun fiziki-kimyəvi xüsusiyyətləri, bakterioloji, toksikoloji və radioloji göstəriciləri təhlil ediləndən sonra yekun nəticələrə əsasən qərar veriləcək. 2010-cu ildə Baş Dövlət sanitar orqanı tərəfindən verilən 83 nömrəli qərara əsasən Qaradağ rayonundakı Sahil çimərliyi və Səbail rayonundakı Şıx çimərliyinin inzibati ərazilərinə təhkim olunanlara dəniz suyunda çimməyə icazə verməmək tapşırılıb, çünki həmin ərazilərdə dəfələrlə aparılan monitorinqlərin nəticələrinə görə bağırsaq çöpləri aşkar edilib. Belə bir təhlükənin mövcudluğu kütləvi mədə-bağırsaq xəstəliklərinin yayılmasına səbəb ola bilər. Həmin ərazilərdə dəniz suyunun təmiz çıxmamasının səbəbi ətrafdakı yaşayış məhəllələrindən kanalizasiya və çirkab sularının birbaşa Xəzərə axıdılmasıdır. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır