Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-28,
Seanews
Heyder Eliyev

ıla boyanmış

Çinin Şengsi kəndi 400 adadan ibarət Gouqi adası üzərində yerləşir. Bu balıqçı kəndini fərqli edən isə illər öncə sakinləri tərəfindən tərk edilməsi nəticəsində tamamən yaşıllığa qərq olmasıdır. Fotoqraf Qingin çəkdiyi görüntülər sayəsində məşhurlaşan kənd zamanla insanlar tərəfindən tez-tez ziyarət edilməyə başlayıb. Tərk edilən bu kənddəki evlər boş qaldığından sarmaşıqlarla örtülüb. Nəticədə ortaya gözəl təbiət mənzərələri çıxıb.  Bitkilər qədim daş divarlara dırmanaraq pəncərələrə qədər uzanır. Təbiətin möcüzəsi hesab olunan bu kənd günü-gündən yaşıla bürünməkdədir. Kəndin nə vaxt tərk edilməsi haqqında heç bir məlumat yoxdur. İnsanların təbiətin gücünü ruhunda hiss edəcəyi bu əraziyə turlar təşkil olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır